BAKI, 20 sentyabr — Sputnik. "Üzərimizə düşən vəzifələrin yerinə yetirilməsində şəxsi heyətin hazırlığı, xidmət intizamı həlledici rol oynayır".
Bunu Sputnik Azərbaycan-a Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi polis mayoru Elşad Hacıyev deyib.
O qeyd edib ki, ictimai qaydanın, cinayətkarlıqla qətiyyətli mübarizədə insan hüquq və azadlıqlarının qorunması və vətəndaş məmnunluğunun təmin olunması polisin fəaliyyətində başlıca prinsiplərdəndir.
E.Hacıyev bildirib ki, bu istiqamətdə şəxsi heyətin müasir dövrün çağırış və təhdidlərinə uyğun olaraq, icra intizamının yüksəldilməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə metodiki təlimlər keçirilməsi, xidmətin nümunəvi aparılması diqqət mərkəzindədir: "Polisin hər gün təlimatlandırılması, vətəndaşlara qarşı münasibətdə diqqətli olması, qanunvericiliyin tələblərinə uyğun kompleks tədbirlər tərəfimizdən davam etdirilir".