İDMAN

İdman şərhçisi “Qarabağ”ın “Sevilya” ilə oyunda şanslarını dəyərləndirdi

İdman şərhçisi Gündüz Abbaszadə deyir ki, futbolu anlayan hər kəs bu komandalar arasındakı səviyyə fərqini çox yaxşı bilir
Sputnik

““Qarabağ”da güclü futbolçular var. Bu da rəqiblərin qələbə qazanmasını çətinləşdirir”. Bu fikirləri “Sevilya”nın baş məşqçisi Xulen Lopetegi “Qarabağ”la qarşılaşacaqları Avropa Liqasının qrup mərhələsinin I tur matçından öncə mətbuat konfransında deyib.

İdman şərhçisi Gündüz Abbaszadə Sputnik Azərbaycan-a deyir ki, bu günkü oyunda “Qarabağ”dan qələbə tələb etmək sadəlövlük olardı:

“Futbolu anlayan hər kəs bu komandalar arasındakı səviyyə fərqini çox yaxşı bilir. “Qarabağ” oyunda heç-heçə edərsə, bu çox böyük nəticə hesab olunacaq. Amma məğlub olacağı təqdirdə də, Azərbaycan təmsilçisini qınamaq yersiz olardı. “Qarabağ”ın qrupda əsas oyunları “Apoel” və “Düdelanj”a qarşı olacaq”.

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq.

Gündüz Abbaszadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz