İDMAN

“Qarabağ” Avroliqanın beşqat qalibinə qarşı

"Qarabağ" (Azərbaycan) – "Sevilya" (İspaniya) oyununu ukraynalı hakimlərə briqadası idarə edəcək. Görüş 20:55-də başlayacaq.
Sputnik

BAKI, 19 sentyabr — Sputnik. Bu gün Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları start götürür. Sputnik Azərbaycan xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən "Qarabağ" da meydana çıxacaq.

AFFA tanınmış futbol klubu ilə bağlı qərar verdi

Qurban Qurbanovun komandası qrupun favoriti, Avroliqanın beşqat qalibi İspaniyanın "Sevilya" klubunu qəbul edəcək.

"Qarabağ" (Azərbaycan) – "Sevilya" (İspaniya) oyununu ukraynalı hakimlərə briqadası idarə edəcək.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda bu gün keçiriləcək "Qarabağ" - "Sevilya" oyunu canlı yayımlanacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq matç "CBC Sport" telekanalı vasitəsilə birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, görüş 20:55-də başlayacaq.