BAKI, 19 sentyabr — Sputnik. UEFA Çempionlar Liqasında qrup mərhələsində I tura yekun vurulub.
Sputnik Azərbaycan-ın məlumatına görə, ikinci oyun günündə 4 qrupda 8 qarşılaşma baş tutub.
Türkiyənin "Qalatasaray" komandası Belçikada "Brügge" ilə heç-heçə (0:0) edib. A qrupunun (bu qrupu həm də “ölüm qrupu” adlandırırlar) digər matçında Fransa PSJ-si İspaniya "Real Madrid"ini 3:0 hesabı ilə üstələyib.
B qrupunun iddialı komandalarından Almaniya "Bavariya"sı Serbiyanın "Srvena Zvezda" komandasını məğlub edib - 3:0. İngiltərə "Tottenhem"i isə səfərdə Yunanıstan "Olimpiakos"unun müqavimətini qıra bilməyib - 2:2.
C qrupunda "Dinamo" (Zaqreb, Xorvatiya) turnirdə debüt edən İtaliya "Atalanta"sına 4 cavabsız qolla qalib gəlib. Ukrayna "Şaxtyor"u (Donetsk) evdə İngiltərənin "Mançester Siti" kollektivinə uduzub - 0:3.
Nəhayət, D qrupunda (daha bir “ölüm qrupu”) İtaliya çempionu "Yuventus" İspaniyada "Atletiko" ilə heç-heçə (2:2) edib. Rusiya "Lokomotiv"i isə gözlənilmədən Almaniyada "Bayer"i məğlubiyyətə uğradıb.
Qrup mərhələsi, I tur
A Qrupu
"Brügge" (Belçika) - "Qalatasaray" (Türkiyə) - 0:0
PSJ (Fransa) - "Real Madrid" (İspaniya) - 3:0
B qrupu
"Olimpiakos" (Yunanıstan) - "Tottenhem" (İngiltərə) - 2:2
"Bavariya" (Almaniya) - "Srvena Zvezda" (Serbiya) - 3:0
C qrupu
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Atalanta" (İtaliya) - 4:0
"Şaxtyor" (Donetsk, Ukrayna) - "Mançester Siti" (İngiltərə) - 0:3
D qrupu
"Atletiko" (Madrid, İspaniya) - "Yuventus" (İtaliya) - 2:2
"Bayer" (Leverkuzen, Almaniya) - "Lokomotiv" (Moskva) - 1:2