CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıtda dəhşətli qəza, iki nəfər öldü - FOTO, VİDEO

İlkin məlumata görə, qəzaya səbəb "Mercedes" markalı avtomobilin yüksək sürətlə idarə edilməsi olub.
Sputnik

BAKI, 19 sentyabr — Sputnik. Sumqayıtda "Atəşgah" sığorta şirkətinin avtomobili qəzaya düşüb. Sputnik Azərbaycan xəbər verir ki, qəza zamanı "Hyundai-İX35" və "Mercedes" markalı iki avtomobil toqquşub və "Mercedes" yanmağa başlayıb.

Hadisə zamanı yaralı halda "Mercedes"in içərisində sıxılmış vəziyyətdə qalan 1 nəfər yanaraq ölüb. "Hyundai-İX35" avtomobilində olan Kamran Füzuli oğlu Atayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sumqayıtda dəhşətli qəza, iki nəfər öldü - FOTO, VİDEO

"Atəşgah" sığorta şirkətinin digər əməkdaşı, yəni, avtomobilin sürücüsü Anar Nəsir oğlu Rzayev ağır bədən xəsarətləri alıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, qəzaya səbəb "Mercedes" avtomobilinin yüksək sürətlə idarə edilməsi olub.