BAKI, 18 sentyabr — Sputnik. “Futbol üzrə Çempionlar Liqasında 2019/20-ci illər mövsümünə start verilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, ilk qarşılaşma Fransada yerli "Lion" ilə Rusiya "Zenit"i arasında baş tutub. Matç 1:1 hesablı bərabərliklə yekunlaşıb. "G" qrupunun digər qarşılaşmasında "Benfika" (Portuqaliya) öz meydanında Almaniya "Leipsiq"inə 1:2 hesabı ilə məğlub olub.
"F" qrupunda "İnter" doğma meydanda 90+2 dəqiqədə Praqa "Slaviya"sına məğlubiyyətdən xilas olub. Qrupun digər matçında Dortmund "Borussiya"sı Almaniyada "Barselona" (İspaniya) ilə qolsuz heç-heçəyə nail olub.
Gecənin ən maraqlı nəticəsi İtaliyada qeydə alınıb. Çempionlar Liqasının hazırkı qalibi "Liverpul" (İngiltərə) "Napoli"yə (İtaliya) 0:2 hesabı ilə məğlub olub. Qrupun paralel keçən oyununda "Zalsburq" (Avstriya) "Genk"i (Belçika) darmadağın edib - 6:2. Matçda 19 yaşlı norveçli Erlinq Hollan ilk yarıda het-trikə imza atıb.
"Valensiya"nın səfərdə "Çelsi" üzərində qələbə qazanması (1:0) turun digər gözlənilməz nəticəsi olub.
"H" qrupunun paralel keçirilən matçı "Ayaks" və "Lill" arasında baş tutub. Hollandiya təmsilçisi Fransa klubuna heç bir şans verməyib - 3:0.
Çempionlar Liqası. I tur
"E" qrupu
"Red Bull Zalsburq" (Avstriya) - "Genk" (Belçika) - 6:2
"Napoli" (İtaliya) - "Liverpul" (İngiltərə) - 2:0
F Qrupu
"Borussiya D" (Almaniya) - "Barselona" (İspaniya) - 0:0
"İnter" - "Slaviya" - 1:1
G Qrupu
"Benfika" (Portuqaliya) - "RB Leypsiq" (Almaniya) - 1:2
"Lion" (Fransa) - "Zenit" (Rusiya) - 1:1
H Qrupu
"Çelsi" (İngiltərə) - "Valensiya" - 0:1
"Ayaks" (Niderland) - "Lill" - 3:0