CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polisdən vətəndaşlara müraciət: "Düşüncə tərziniz bu olmalıdır"

"Cəmiyyətdə müşahidə olunan sosial-neqativ problemləri aradan qaldırmaq üçün onları inkar etmək, "mənlik deyil" deyib sosial məsuliyyətdən yayınmaq nə qədər doğrudur?!"
Sputnik

BAKI, 17 sentyabr — Sputnik. "Polisin fəaliyyətinin səmərəlilik əmsalı cəmiyyətin təhlükəsizlik səviyyəsi ilə ölçülür. Polis bu gün ölkədə daxili sabitliyin və asayişin qorunması işini uğurla davam etdirir".

Bakıda polis gözü dönmüş ərin qəzəbinə gəldi, ölümdən son anda qurtuldu

Bu barədə Sputnik Azərbaycan-a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, polis təkcə cinayətin açılmasında deyil, həm də risk qrupuna daxil olan – münaqişəli ailələrin, çətin tərbiyə olunan uşaqların, narkomaniya və yol hərəkəti təhlükəsizliyinə qarşı mübarizədə profilaktika, maarifləndirmə işinin genişlənməsi ilə bağlı fəal iş aparır. Bu istiqamətdə uğurlar əldə edilməsi xeyli dərəcədə polis-vətəndaş həmrəyliyindən asılıdır.

"Cəmiyyətdə müşahidə olunan sosial-neqativ problemləri aradan qaldırmaq üçün onları inkar etmək, "mənlik deyil" deyib sosial məsuliyyətdən yayınmaq nə qədər doğrudur?! Məsuliyyət "sorğu-suala çəkmək", "hesablaşmaq" mənasındadırsa, yaxud mənəvi öhdəlikdirsə, insan öz hərəkət və əməllərinə görə cavabdehlik daşıyır. Bu baxımdan sosial məsuliyyət hər bir insanın düşüncə tərzi olmalıdır", - deyə o vurğulayıb.