CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlk dərs gününün sevinci yarımçıq qaldı

Tələbə qız hadisə yerində olanların köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəyə çanaq sümüklərinin sınığı və sidik kisəsinin partlaması diaqnozu qoyub
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 17 sentyabr — Sputnik. “Bilik günü” tələbə yoldaşları ilə gəzintiyə çıxan Şəki Dövlət Regional Kollecinin tələbəsi üçün gözlənilməz ağır xəsarətli fəsadlarla yadda qalıb.

Şagirdlərin başına uçan tavan: Səhv, yoxsa səhlənkarlıq?
 Belə ki, Bərdə rayon sakini 16 yaşlı Xəyalə Dursunova tələbə yoldaşları ilə şəhərin mərkəzi istirahət məkanlarından olan Axundov parkına gəlib. İlkin məlumatlara görə, Xəyalə tələbə yoldaşları ilə əylənib, atraksiona minib. O, atraksionun dayanmasını gözləmədən enmək istəyib və elə  bu zaman hadisə baş verib. Onun ayağı aralığa düşüb və tələbə ciddi xəsarət alıb.

Tələbə qız hadisə yerində olanların köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəyə çanaq sümüklərinin sınığı və sidik kisəsinin partlaması diaqnozu qoyub.  Şəki MRX-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, xəstənin vəziyyəti ağır olaraq qalır.