İDMAN

Qalmaqallı futbolçuları həbsdən buraxdılar: biri yeni müqavilə də imzalayıb

Hüquqşünas Yuri Padalkonun açıqlamasına görə, Kokorin "Zenit" klubu ilə yeni müqavilə imzalayıb, Mamayevin isə "Krasnodar" klubu ilə qüvvədə olan müqaviləsi var
Sputnik

BAKI, 17 sentyabr — Sputnik. Futbol üzrə Rusiya yığma komandasının keçmiş üzvləri Pavel Mamayev, Aleksandr Kokorin, həmçinin futbolçunun qardaşı Kirill Kokorin Belqorod vilayətindəki cəzaçəkmə müəssisəsindən şərti azadlığa buraxılıb.

Məşhur futbolçunun oğlu futbol oynayarkən vəfat etdi

Sputnik Azərbaycan xəbər verir ki, onları Kokorinin atalığı qarşılayaraq sözügedən ərazidən aparıb. Hər üç şəxs heç bir açıqlama vermədən avtomobilə əyləşib. Hüquqşünas Yuri Padalkonun açıqlamasına görə, Kokorin "Zenit" klubu ilə yeni müqavilə imzalayıb, Mamayevin isə "Krasnodar" klubu ilə qüvvədə olan müqaviləsi var.

Qeyd edək ki, ötən ilin oktyabr ayında "Zenit" klubunun hücumçusu Kokorin, "Krasnodar" klubunun yarımmüdafiəçisi Mamayev, Kokorinin kiçik qardaşı Kirill və həvəskarlar liqasının futbolçusu Aleksandr Protasovitski Moskvanın mərkəzində davanın iştirakçısı olublar. İlk olaraq onlar küçədə Vitali Solovçuku, daha sonra kafedə Denis Pakı və Rusiya Federasiyası elmi mərkəzinin baş direktoru Serqey Qaysini döyərək xəsarət yetiriblər.

Qeyd edək ki, Kokorin 1 il 6 ay, digər şəxslər 1 il 5 ay cəza alsalar da, onlar vaxtından əvvəl azadlığa buraxılıblar. Protasovitskinin isə 24 sentyabrda keçiriləcək məhkəmədən azadlığa çıxması gözlənilir.