CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Komitə ölüm, boşanma, nikah və doğum səviyyəsini açıqlayıb

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8-dən 6,1-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb
Sputnik

BAKI, 16 sentyabr — Sputnik. Dövlət Statistika Komitəsi (DSK) bu ilin 7 aylıq hesabatını açıqlayıb.

Sputnik Azərbaycan DSK-nın məlumatına istinadla xəbər verir ki, bu ilin yanvar-iyul aylarında qeydiyyat şöbələri tərəfindən 35192 nikah və 9793 boşanma halları qeydə alınıb.

Statistika Komitəsi əhali artımı ilə bağlı məlumat yaydı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8-dən 6,1-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Məlumatda bu il doğulan uşaqların da sayı qeyd edilib. Belə ki, cari ilin yanvar-iyul ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 79861 doğulan körpə qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8-dən 13,9-a qədər artıb.

Doğulanların 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1844-ü əkiz, 48-i isə üçəm doğulanlardır.

Hesabatda ölüm səviyyəsinin azaldığı qeyd edilib. Belə ki, 7 ay ərzində 33647 ölüm halı qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1-dən 5,8-ə düşüb.