Dünyanın ən çirkli pulları bu ölkədədir

Leyin çirkli pullar reytinqinə başçılıq etməsinə səbəb isə əskinasların uzunömürlülüyünü və xalisliyini təmin edən polimerlərlə örtülməsi olub
Sputnik

BAKI, 15 sentyabr — Sputnik. Türkiyə, Almaniya və Hollandiyadan olan alimlər hansı ölkənin valyuta əskinasının üstündə daha çox bakteriya yığışdığını tədqiq ediblər.

Ukraynalılar dolları milli valyuta etmək istəyirlər

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, ən çirkli valyuta, tədqiqat nəticələrinə görə, Rumıniya leyi olub.

Bakteriyalar həmçinin Amerika və Kanada dollarlarını, eləcə də Hindistan rupilərini "sevir".

Leyin çirkli pullar reytinqinə başçılıq etməsinə səbəb isə əskinasların uzunömürlülüyünü və xalisliyini təmin edən polimerlərlə örtülməsi olub.

Bu kəşfə görə üç ölkənin alimləri iqtisadiyyat üzrə Şnobel (Ig Nobel Prize) mükafatı alıblar. Mükafatın 29-cu təqdimedilmə mərasimi Harvard Universitetində sentyabrın 12-də keçirilib.

Məzəli pul mükafatı qismində alimlərə 10 trilyon Zimbabve dolları, özü də bir əskinasda, verilib. Bu əskinasın yarandığı vaxt bazar qiyməti təxminən 40 ABŞ senti olub.