BAKI, 14 sentyabr — Sputnik. Buzovna çimərliyi sahil boyu təmizlənir. Bu gün IDEA İctimai Birliyi və "Təmiz Şəhər" ASC Buzovna ictimai çimərliyi ərazisində iməcilik keçirirlər.
Bu barədə Sputnik Azərbaycan-a "Təmiz Şəhər" ASC-nin mətbuat xidmətinin katibi Elmar Məlikov məlumat verib. O, bildirib ki, "IDEA İctimai Birliyi və "Təmiz Şəhər" 7 il əvvəl bu aksiyanı başlasa da, artıq bu il Gənclər Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Nəqliyyat Agentliyi və digər qurumlar da bu aksiyaya qoşulublar: "Hər il bu aksiyaya minlərlə gənc cəlb edilir. Gənclər sahillərin təmiz qalmasında çox maraqlıdırlar. Çağırışımız odur ki, hamı sahilləri təmiz saxlasın. İməciliyin sonunda 3-5 ton arası tullantılar çıxarılır".
"Sahillər təmiz qalsın!" şüarı altında keçirilən iməcilik 14-cü dəfədir ki, təşkil edilib.