İDMAN

Güləşçimiz qızıl üçün döyüşəcək - VİDEO

55 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli isə dünya çempionu titulunu qoruya bilməyib. O, yarımfinalda yerli idmançı Xorlan Cakaşaya 5:11 hesabı ilə uduzub
Sputnik

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 14 sentyabr — Sputnik. 82 kq çəkidə mübarizə aparan yunan-Roma güləşçimiz Rafiq Hüseynov Nur-Sultanda (Qazaxıstan) keçirilən dünya çempionatında finala çıxıb.

Sputnik Azərbaycan bildirir ki, mundialın startında Hüseynov moldovalı Mixail Bradunu 6:0, ukraynalı Yuri Şkryubanı 7:0, qazaxıstanlı Mahat Erejepevi 7:1 hesabı ilə məğlub edib. Yarımfinalda isə Rafiqin rəqibi İran təmsilçisi Səid Murad Abdvali olub. Onu 8:5 hesabı ilə məğlub edən Rafiq finalda gürcüstanlı Laşa Qobadze ilə görüşəcək.

55 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli isə dünya çempionu titulunu qoruya bilməyib. O, yarımfinalda yerli idmançı Xorlan Cakanşaya 5:11 hesabı ilə uduzub.

Üçüncü yer uğrunda döyüşdə Əzizli Abdelkarim Ferqat (Əlcəzair) - Maks Emilyano (ABŞ) cütünün qalibi ilə görüşəcək.