RUSİYA

Qonşuda bişər, bizə də düşər: Rusiya dörd günlük iş həftəsinə keçir

Azərbaycanın şimal qonşusu olan Rusiya Federasiyası yaxın dövrlərdə dörd günlük iş həftəsinə keçə bilər
Sputnik

BAKI, 14 sentyabr — Sputnik. Rusiya Baş naziri Dmitri Medvedev bəyan edib ki, iş həftəsinin qısaldılması iqtisadiyyatdakı vəziyyətdən asılı olacaq. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Gələcəkdə iş həftəsinin qısaldılması da baş verə bilər", - deyə Medvedev vurğulayıb.

Onun sözlərinə görə, bu iqtisadiyyatdakı vəziyyət, həmçinin istehsal sahələrindən asılı olacaq.

Medvedev qeyd edib ki, dörd günlük iş həftəsinə mümkün keçid müzakirə olunur və bir neçə toplantı keçirmək niyyətindədir.