BAKI, 12 sentyabr — Sputnik. Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı və Sumqayıt şəhər sakinləri olan 3 nəfər 2018-ci ilin sentyabr ayından cari ilin may ayınadək olan müddətdə Fatimə adlı şəxsin onları aldadaraq ümumilikdə 15.900 ABŞ dolları və 800 manat pullarını aldığını bildiriblər.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini F.Abbaspur olduğu müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən qadın saxlanılıb. Onun daha 3 nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilib.