Lavrov Boltonun istefasından danışdı: “Fal açmayacağam”

Lavrov xatırladıb ki, ötən gün Boltonun istefaya göndərilməsindən sonra ABŞ dövlət katibi Mayk Pompeo keçirdiyi mətbuat konfransında ölkənin xarici siyasətində heç bir dəyişiklik olmayacağını qeyd edib
Sputnik

BAKI, 11 sentyabr — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov hesab edir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun istefasının Rusiya – ABŞ əlaqələrinin təsiri barədə fal açmaq lazım deyil. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Bunun (Boltonun istefası –red) Rusiya – ABŞ münasibətlərinə necə təsir etməsi barədə fal açmayacağam. Siyasəti ABŞ prezidenti müəyyənləşdirir. O isə dəfələrlə ölkələr arasında ticari-iqtisadi, humanitar və siyasi əlaqələrin normallaşdırılmasının, beynəlxalq arenada qarşılıqlı əlaqələrin genişləndirilməsinin tərəfdarı olduğunu bəyan edib. 

Lavrov və Mnatsakanyan Qarabağı müzakirə edib
Biz bu bəyanatları dəfələrlə eşitmişik və alqışlayırıq. Bu bəyanatlar iyunda Osakada "G20" sammiti zamanı Putin və Tramp arasında görüş zamanı bir daha təsdiqlənib. Biz əməkdaşlığın inkişafında maraqlıyıq" - deyə Lavrov vurğulayıb.

Lavrov xatırladıb ki, ötən gün Boltonun istefaya göndərilməsindən sonra ABŞ dövlət katibi Mayk Pompeo keçirdiyi mətbuat konfransında ölkənin xarici siyasətində heç bir dəyişiklik olmayacağını qeyd edib.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu istefaya göndərdiyini bildirib.

Tramp Twitter-də yazıb ki, ötən gecə Boltona Ağ Evin artıq onun xidmətlərinə ehtiyacı olmadğını deyib.

"Mən onun təkliflərinin çoxu ilə qəti razı deyildim və Condan istefaya getməsini xahiş etdim. O da bu səhər istefa verib", - ABŞ Prezidenti qeyd edib.

O, xidmətinə görə Boltona təşəkkür edib və gələn həftə yeni müşavirin adını açıqlayacağını vurğulayıb.