CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda bir həftə öncə ölmüş şəxsin meyiti qəbirdən çıxarıldı

Mərhumun yaxınları M.Hacıyevin ölümündə cinayət motivlərinin olmasından şübhələnərək ekspertizaya müraciət ediblər
Sputnik

BAKI, 10 sentyabr — Sputnik. Bakıda bir həftə əvvəl ölmüş şəxsin meyiti qəbirdən çıxarılıb.

Qəbir yerlərinin ölçüləri müəyyənləşdi

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, Qaradağ rayon sakini, 1954-cü il təvəllüdlü Hacıyev Mirsahib Mirağa oğlu 7 gün bundan qabaq vəfat edib. Mərhumun yaxınları M.Hacıyevin ölümündə cinayət motivlərinin olmasından şübhələnərək ekspertizaya müraciət ediblər.

Yaxınlarının müraciəti əsasında sentyabrın 9-u M.Hacıyevin məzarı açılıb və meyiti müayinə olunub.

Müayinə zamanı meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.

Ölümün dəqiq səbəbləri ekspertizanın verdiyi yekun rəydə məlum olacaq.