BAKI, 9 sentyabr - Sputnik. AVRO-2020-nin seçmə mərhələsinin E qrupunda VI tur start götürüb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan milli komandası da bu gün növbəti oyununu keçirib.
Milli komanda Xorvatiya ilə görüşüb.
Görüşdə hesabı qonaqlar açıblar. 11-ci dəqiqədə Luka Modriç penaltidən fərqlənib - 0:1. Birinci hissə bu hesabla yekunlaşıb.
İkinci hissədə millimizin futbolçuları hesabı bərabərləşdiriblər. 73-cü dəqiqədə Təmkin Xəlilzadə fərqlənib - 1:1. Görüş elə bu hesabla başa çatıb.
Beləliklə, Azərbaycan millisi qrupda ilk xalını qazanıb.