Ermənistanda son anda baş tutmayan qiyamın detalları açıqlandı

Təcridxana əməkdaşları əraziyə xeyli insanın yığışdığını görərək bu barədə Erebuni rayon polis idarəsinə müraciət ediblər. Dərhal hadisə yerinə operativ polis qrupu cəlb olunub
Sputnik

BAKI, 9 sentyabr — Sputnik. Yerevanda "Nubaraşen" istintaq təcridxanasında kütləvi qiyamın təşkilatçılarının adları məlum olub. Bu barədə Sputnik Ermənistan "shamshyan.com" nəşrinə istinadən xəbər verir.

Sayt yazır ki, istintaq təcridxanasında kütləvi qarşıdurmanı hazırda həbsdə olan və məhbuslar arasında xüsusi nüfuza malik olan Nverik Noqarqyuxski və Vaçik adlı şəxslər təşkil ediblər.

Zaxarova Paşinyanın bəyanatına münasibət bildirib

Belə ki, sentyabrın 5-i onlar artıq "zonaya baxmadıqlarını" və həbsxana işçiləri və məhkumlar arasında problemlərin həllinə yardım etməyəcəklərini bildiriblər.

Bundan əlavə, onlar məhbuslara yemək paylayan şəxslərə öz öhdəliklərini yerinə yetirməməyi, digər məhbuslara isə qiyama başlamağı tapşırıblar.

Sayt yazır ki, "Nubaraşen" təcridxanasının 3-cü və 4-cü korpuslarında "zonaya baxanların" tapşırığı ilə məhbuslar kamera və yemək verilən pəncərələri qırmağa başlayıblar. Sentyabrın 5-i saat 18-19 radələrində onlar həbsxana kameralarından istintaq təcridxanasının qorunan ərazisinə yanan predmetlər atıblar. Nəticədə yanğın baş verib.

Dərhal hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub və yanğın söndürülüb.

Bu arada qiyamın baş verdiyi vaxtda "Nubaraşen" təcridxanasının qarşısında təxminən 30 maşın və 100-ə yaxın şəxs toplaşıb. Onlar arasında daha əvvəl bu həbsxanada məhkum olmuş Koko ləqəbli şəxs də olub.

İndi də Sarqsyanı həbs edəcəklər – Kürəkəni danışdı

Təcridxana əməkdaşları əraziyə xeyli insanın yığışdığını görərək bu barədə Erebuni rayon polis idarəsinə müraciət ediblər. Dərhal hadisə yerinə operativ polis qrupu cəlb olunub.

Polislərin gəldiyini görən şəxslər dərhal ərazini tərk ediblər.

Həmin gün saat 21:00-da Ermənistan Ədliyyə Nazirliyinin Pentensiar xidmətinin rəisi Artur Qoyunyan Nubaraşen təcridxanasına gəlib. Operativ qrupun köməkliyi ilə o, qiyamın qarşısını alıb.

Xatırladaq ki, Ermənistanın ədliyyə naziri Rustam Badasyan bəyan edib ki, ölkə həbsxanalarında kütləvi qiyamın qarşısı alınıb.

Ermənistanlı nazir yenə Türkiyədən şikayətçidir

"Sentyabrın 5-i istintaq təcridxanalarında kütləvi şəkildə itaətsizlik cəhdləri qeydə alınıb. Belə cəhdlərin qarşısı əməkdaşların operativ fəaliyyəti nəticəsində alınıb", - deyə Badasyan öz "Facebook" səhifəsində yazıb.

Nazir qeyd edib ki, hazırda vəziyyət nəzarət altındadır, qiyam yoxdur.

Onun sözlərinə görə, hadisələrin mümkün inkişafı zamanı o, səlahiyyətləri və yaranmış vəziyyət çərçivəsində bütün lazımi tədbirləri görəcək.

Xatırladaq ki, daha əvvəl erməni KİV-i həbsxanalarda kriminal avtoritetlərə təzyiqlər barədə məlumat yayıb. Məlumatda qeyd olunur ki, kadr təmizləmələri ilə yanaşı, Ermənistan Ədliyyə Nazirliyi məhbuslara təqdim olunan əşyalara və predmetlərə də ciddi nəzarət etməyə başlayıb. Bundan əlavə, yoxlamalar zamanı məhbuslarda telefonlar, internet avadanlıqları, həmçinin qadağan olunan maddələr aşkarlanıb.