CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diqqətli olun, sabah Bakının iki küçəsində problem yaşaya bilərsiniz

Küçələrdə təmirə başlanıb, hərəkət hissə-hissə məhdudlaşdırılacaq
Sputnik

BAKI, 8 sentyabr — Sputnik. Sabah səhər saatlarından etibarən Xətai rayonu, “NZS” qəsəbəsində 2 km uzunluğa malik Süleyman Əhmədov və Oqtay Vəliyev küçələrində təmir işlərinin aparılmasına start veriləcək.

Prezidentin sərəncamı ilə yenidən qurulan yolda niyə problem əskik olmur?

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumatda deyilir. Təmir işləri ilə əlaqədar olaraq həmin küçələrdə hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq. Bu səbəbdən sürücülərdən sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ küçələrdən istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.