İDMAN

Dünya çempionatının ən yaxşısı doğum gününü Bakıda qeyd etdi

Videogörüntüdə 34 yaşı tamam olan "Real"ın yarımmüdafiəçisinə onun şərəfinə hazırlanmış tortun hədiyyə olunduğu əks olunub
Sputnik

BAKI, 9 sentyabr — Sputnik. Bu gün Xorvatiya millisinin kapitanı Luka Modriçin doğum günüdür.

Sputnik Azərbaycan xəbər verir ki, AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Xorvatiya Azərbaycan milli yığma komandası ilə qarşılaşacaq. Yığmanın heyətində Bakıya gələn futbolçu paytaxtımızda doğum gününü qeyd edib. Bu haqda Xorvatiya futbol federasiyasının rəsmi "Twitter" səhifəsində paylaşım edilib. Videogörüntüdə 34 yaşı tamam olan "Real"ın yarımmüdafiəçisinə onun şərəfinə hazırlanmış tortun hədiyyə olunduğu əks olunub.

Qeyd edək ki, Milli yığma komandamız bu gün saat 20:00-da "Bakcell Arena"da Xorvatiya millisini qəbul edəcək. Azarkeşlər tərəfindən maraqla gözlənilən qarşılaşma "CBC Sport" kanalı ilə canlı yayımlanacaq.