İran növbəti addımını atdı – Dünyanı yenə qarışcaq

Tehran bundan sonra da Beynəlxalq Atom Enerjisi Agentliyinə ölkənin nüvə proqramını izləməyə icazə verəcəyini bildirib
Sputnik

BAKI, 7 sentyabr — Sputnik. İran nüvə sazişinə dair öhdəliklərinin azaldılması çərçivəsində növbəti addımı atdığını bəyan edib.

Sputnik Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Tehran nüvə sazişindən kənar bir sıra sentrifuqalarla işləyəcəyini açıqlayıb.

Həbsdən azad edilən İran tankeri Türkiyəyə hərəkət edir

Belə ki, İranın Atom Enerjisi Təşkilatınının rəsmisi Bəhruz Kamalvəndi bu gün verdiyi bəyanatında İranın çərşənbə günü 20 ədəd "IR-4" və 20 ədəd "IR-6" sentrifuqalarını işə saldığını deyib.

"Dünən 20 ədəd "IR-6" sentrifuqadan ibarət kaskada qaz vurmuşuq və planlarımıza 30 sentrifuqadan ibarət kaskadı yığmaq daxildir" - Kamalvəndi bildirib.

O, əlavə edib ki, Tehran bundan sonra da Beynəlxalq Atom Enerjisi Agentliyinə ölkənin nüvə proqramını izləməyə icazə verəcək.

Qeyd edək ki, keçən ilin mayında Vaşinqtonun nüvə sazişindən çıxmasından və Tehrana qarşı sanksiyaları bərpa etməsindən sonra İran sazişə dair öhdəliklərini azaldacağını bəyan edib.

Tehranın öhdəliklərinin azaldılması mərhələlərlə həyata keçirilir və yeni sentrifuqaların işə salınması sentyabrın 6-ı start götürmüş üçüncü mərhələ çərçivəsində baş tutub.