İDMAN

Millimiz sübut etdi: iki qol da vura bilir. Bəs niyə həmişə rəqib sevinir? - FOTO

Uelsdə, Kardiff şəhər stadionunda keçirilən oyunda 3 qol vurulub
Sputnik

BAKI, 7 sentyabr — Sputnik. Azərbaycan millisi növbəti oyununu keçirib.

Sputnik Azərbaycan bildirir ki, AVRO-2020-nin seçmə mərhələsində xorvatiyalı Nikola Yurçeviçin baş məşqçisi olduğu komandamız 4-cü oyununa çıxıb.

Uelsdə, Kardiff şəhər stadionunda keçirilən oyunda 3 qol vurulub. 

Hesabı millimizin üzvü Pavel Paşayev (26`) açıb. Amma bu, avtoqol olduğundan uelsliləri sevindirib.

Mahir Emrelinin bərabərlik qoluna (59`) ümid edən millimizi Qaret Beyl oyunun sonuna 6 dəqiqə qalmış (84`) məyus edib.

Beləliklə, Xorvatiya (1:2), Macarıstan (1:3) və Slovakiya (1:5) ilə oyunlardan sonra Azərbaycan millisi dördüncü məğlubiyyətlə barıışmalı olub.