BAKI, 6 sentyabr — Sputnik. Rafael Ağayev Yaponiyanın paytaxtı Tokioda Karate1 Premyer Liqa turnirinin finalına yüksəlib. Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, bir-birinin ardınca fransalı, özbəkistanlı və mərakeşli rəqiblərini məğlub edən R.Ağayev yarımfinalda ukraynalı idmançıdan üstün olub. Bazar günü həlledici görüşdə Rafael Ağayevin rəqibi həmin çəki dərəcəsinin favoritlərindən sayılan Ken Nişimura (Yaponiya) olacaq.
Qeyd edək ki, yarışın ilk günü daha 3 idmançımız mübarizəyə qatılıb. Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (-67 kq) ikinci görüşdə məğlub olaraq çıxışlarını başa vurublar.