CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İcra hakimiyyətinin məsul işçisi ofisdə öldü

Vəziyyəti pisləşən şəxs xəstəxanaya çatdırılsa da, orada ürəktutmasından ölüb
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 5 sentyabr — Sputnik. Bakıda icra hakimiyyətinin məsul işçisi iş zamanı ölüb. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib. Qaradağ Rayon İcra Hakimiyyətinin Lökbatan qəsəbə İcra Nümayəndəliyinin mühəndisi, 1962-ci il təvəllüdlü Sərdar Hüseynovun səhhəti iş vaxtı pisləşib. S.Hüseynov xəstəxanaya çatdırılsa da, orada ürəktutmasından ölüb.