BAKI, 4 sentyabr — Sputnik. Rusiya və Ukrayna sentyabrın 7-i əsirləri dəyişməyi planlaşdırır.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə diplomatik mənbə bildirib.
Digər mənbə də nəşrə sentyabrın 7-i əsirlərin dəyişdiriləcəyini təsdiqləyib. Lakin o, qeyd edib ki, razılaşmalar hələ ilkin mərhələdədir.
"Son tarix və əsirlərin dəyişdirilməsi şərtlərini tərəflər həftə ərzində razılaşdıracaqlar" – deyə diplomatik mənbə bildirib.
Rəsmi Kreml isə yayılan məlumatı şərh etməkdən imtina edərək qeyd edib ki, mövzu olduqca həssasdır və bununla bağlı heç bir anons olmayacaq.