CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şahinlərimiz öz məharətlərini göstərdilər - VİDEO

Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndələri “TurAz Qartalı - 2019” təlimlərində müşahidəçi qismində iştirak edir
Sputnik

BAKI, 4 sentyabr — Sputnik. Ölkəmizdə keçirilən “TurAz Qartalı - 2019” birgə taktiki təlimlərində Azərbaycan və Türkiyənin aviasiya vasitələrinin uçuşları keçirilir. 

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Şahinlərimiz öz məharətlərini göstərdilər - VİDEO

Təlimlərdə iştirak edən hər iki ölkənin hərbi aviasiyası müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqların yerinə yetirilməsi məqsədilə uçuşlar həyata keçirir. 

Şahinlərimiz öz məharətlərini göstərdilər - VİDEO

Qeyd edək ki, Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndələri təlimlərdə müşahidəçi qismində iştirak edir.