Toya əngəl olan səbəb: iki mindən çox gənc məyus oldu

Bu ilin 8 ayı ərzində nikaha daxil olmaq üçün 92 min 340 nəfər müayinədən keçib
Sputnik

BAKI, 3 sentyabr — Sputnik. Bu il nikaha daxil olmaq istəyən 2313 nəfərdə talassemiya daşıyıcılığı, 142 nəfərdə sifilis aşkarlanıb. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Azərbaycanda təhlükəli xəstəlik daşıyıcılarının sayı bir milyonu keçir

Onun sözlərinə görə, müayinədən keçən şəxslərin 2313-də talassemiya daşıyıcılığı, 142 nəfərdə sifilis, 94 şəxsdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 30 olub: "Təkcə avqust ayı ərzində isə 9 min 687 nəfər müayinədən keçib. Müayinədən keçən 286 nəfərdə talassemiya daşıyıcılığı, 53 nəfərdə sifilis, 12 şəxsdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 3 olub".

Qeyd edək ki, 2015-ci ildən bu günədək ümumilikdə 592 min 153 nəfər bu müayinələrdən keçib. Birində talassemiya daşıyıcılığı olan belə cütlüklərin sayı 20 548, hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan cütlüklərin sayı isə 219 olub. Bu müddət ərzində 1870 nəfərdə sifilis, 549 nəfərdə HİV (QİÇS) qeydə alınıb.