İDMAN

İdman şərhçisi “Qarabağ”ın Avroliqanın qrupundakı şanslarını dəyərləndirdi

İdman şərhçisi Sənan Şəfizadə deyir ki, qrupumuzdakı Sevilya ümumilikdə turnirin favoritidir
Sputnik

Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. A qrupunda Azərbaycanın "Qarabağ" futbol klubu ilə yanaşı "Sevilya" (İspaniya), APOEL (Kipr), "Düdelanj" (Lüksemburq) oynayacaq.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, “Qarabağ”ın olduğu qrup münasibdir: “Deyərdim ki, bu qrup “Qarabağ” üçün son illərin ən normal qrupudur. Qrupdakı komandalardan ikisini məğlub etmək olar. Sevilya isə tək bizim qrupun deyil, ümumilikdə turnirin favoritidir. Hesab edirəm ki, “Qarabağ”ın qrupdan çıxmaq ehtimalları realdır. Amma bununla yanaşı “Qarabağ”ın heyəti gücləndirilməlidir. “Qarabağ” növbətu tarixi yaza bilər”.

Qeyd edək ki, qrup mərhələsinin oyunları 19 sentyabr, 3 oktyabr, 24 oktyabr, 7 noyabr, 28 noyabr və 12 dekabrda keçiriləcək.

İdman şərhçisinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz