CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni doğulanlar arasında ölümlərin sayı artıb

Son üç ilin rəqəmləri ötən il Azərbaycanda yeni doğulanlar arasında ölümlərin artdığını deməyə əsas verir
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 sentyabr — Sputnik. 2018-ci ildə perinatal dövrdə ölən uşaqların sayı 1399 olub. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu rəqəm daha öncəki illə müqayisədə artıb. Belə ki, öncəki ildə, yəni 2017-ci ildə perinatal dövrdə ölən uşaqların sayı 371 olub.

Bundan başqa, öncəki illə müqayisədə ötən il ölü doğulanların sayında da artım olub. Belə ki, 2017-ci ildə ölü doğulan uşaqların sayı 602, ötən il isə bu rəqəm 671 olub.

Qeyd edək ki, 2016-cı ildə ölü doğulanların sayı 569, yenidoğulmuşlar arasında ölüm halı isə 1291 olub.