İDMAN

"Qarabağ"ın rəqibi ulduz futbolçunu transfer etdi

Üç illik müqavilə bağlayacaq klub futbolçuya görə 10 milyon avro ödəyəcək
Sputnik

BAKI, 2 sentyabr — Sputnik. "Sevilya"nın idman direktoru Monçi baş məşqçi Yulen Lopetegini sevindirəcək. Sputnik Azərbaycan İspaniyanın "Marca" nəşrinə istinadən xəbər verir ki, klub hücumçu Xavyer Çiçarito Ernandesin transferini gerçəkləşdirir.

UEFA təqvimi açıqladı: "Qarabağ" ilk oyunda "Sevilya"nı qəbul edəcək

31 yaşlı futbolçu La Liqada özünü ikinci dəfə sınayacaq. 2014/2015-ci il mövsümündə "Real"ın formasını geyinən Çiçaritonun "Vest Hem"dən "Sevilya"ya bu gün keçid edəcəyi bildirilir. Əslində futbolçu sabah Meksika yığma komandasının heyətinə qatılmalı idi. Amma transfer ilə bağlı o, tibbi yoxlanışda olmalı və müqavilə imzalamalıdır. Üç illik müqavilə bağlayacaq klub futbolçuya görə 10 milyon avro ödəyəcək.

Forvard karyerası boyu Avropada "Mançester Yunayted", "Real" və "Bayer" kimi nəhəng klublarda oynayıb.

Qeyd edək ki "Sevilya" "Qarabağ"ın Avroliqada rəqibidir. Klublar arasında ilk oyun sentyabrın 19-da Bakıda keçiriləcək. Həmin matçda Çiçaritonun meydana çıxacağı istina edilmir.