CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üç gənci maşınıyla əzib qaçanı polis tutdu

Səhər saatlarında yol kənarında söhbət edən üç gənci maşın vurub
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 2 sentyabr — Sputnik. Üç nəfəri avtomobili ilə vuran şəxsi polis müəyyən edib.

Çağırışa gedən təcili yardım maşını yaralı daşımalı oldu

Hadisə Qubanın ikinci Nügədi kəndində baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, səhər saatlarında yol kənarında söhbət edən 3 gənci maşın vurub. Bunlar 16 yaşlı Hüseyn Əzizov, 19 yaşlı Fətəli Kərimov və 19 yaşlı Nail Cavadovdur. Xəsarət alan gənclər dərhal xəstəxanaya çatdırılıblar.

Üç gənci vurub qaçan sürücünün kimliyi polis tərəfindən müəyyən olunub. Bu, Quba şəhər sakini, "Mercedes" markalı avtomobilin sahibi Saleh Salayev olub.

Hadisə ilə bağlı Quba Rayon Polis İdarəsində araşdırma aparılır.