Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 2 sentyabr — Sputnik. Üç nəfəri avtomobili ilə vuran şəxsi polis müəyyən edib.
Hadisə Qubanın ikinci Nügədi kəndində baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, səhər saatlarında yol kənarında söhbət edən 3 gənci maşın vurub. Bunlar 16 yaşlı Hüseyn Əzizov, 19 yaşlı Fətəli Kərimov və 19 yaşlı Nail Cavadovdur. Xəsarət alan gənclər dərhal xəstəxanaya çatdırılıblar.
Üç gənci vurub qaçan sürücünün kimliyi polis tərəfindən müəyyən olunub. Bu, Quba şəhər sakini, "Mercedes" markalı avtomobilin sahibi Saleh Salayev olub.
Hadisə ilə bağlı Quba Rayon Polis İdarəsində araşdırma aparılır.