Gürcüstanda hamı saat 3-ü gözləyir

Bazar günü hakim Gürcü Arzusu Partiyasının qərargahında hökumətdə dəyişikliklərin edilməsinə dair müzakirələr aparılıb
Sputnik

BAKI, 2 sentyabr — Sputnik. Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin bu gün istefa verəcəyi gözlənilir.

Qamarcoba! Batumi azərbaycanlıları nəyi ilə cəlb edir

Sputnik Gürcüstan xəbər verir ki, baş nazirin Bakı vaxtı ilə saat 15:00-da xüsusi bəyanatla çıxış edəcəyi bildirilir.

Xatırladaq ki, bazar günü hakim Gürcü Arzusu Partiyasının qərargahında hökumətdə dəyişikliklərin edilməsinə dair müzakirələr aparılıb.

Rusiya KİV-i isə daha əvvəl məlumat yaymışdı ki, ölkənin baş nazirini hazırkı daxili işlər naziri Giorgi Qaxariya əvəzləyəcək. Daha əvvəl daxili işlər naziri olmuş İrakli Qaribaşvili isə yenidən bu vəzifəyə təyin olunacaq.