İDMAN

Futbolda ilin ən yaxşıları müəyyənləşəcək

Qeyd edək ki, ümumilikdə 7 nominasiya üzrə ən yaxşı adına layiq görüləcək namizədlər bəlli olub. Qaliblərin adları sentyabrın 23-də açıqlanacaq
Sputnik

BAKI, 2 sentyabr — Sputnik. FIFA ötən mövsümün ən yaxşı futbolçusu adına layiq görüləcək 3 namizədi açıqlayıb.

AFFA tanınmış futbol klubu ilə bağlı qərar verdi

Sputnik Azərbaycan FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bunlar "Barselona"nın kapitanı Lionel Messi, "Yuventus"un hücumçusu Kriştiano Ronaldo və "Liverpul"un müdafiəçisi Vircil van Deykdir.

Ən yaxşı kişi məşqçi adına isə ispaniyalı Pep Qvardiola iddialıdır. O, hazırda "Mançester Siti" klubunun baş məşqçisidir. Digər namizədlər isə "Liverpul" un çalışdırıcısı Yurgen Klopp və "Tottenhem" klubunun sükanı arxasında olan Maurisio Poçettinodur.

Qeyd edək ki, ümumilikdə 7 nominasiya üzrə ən yaxşı adına layiq görüləcək namizədlər bəlli olub. Qaliblərin adları sentyabrın 23-də açıqlanacaq.