İQTİSADİYYAT

Professor: “Azərbaycan-Rusiya ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq mümkündür”

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, iqtisadi siyasətin koordinasiya edilmiş şəkildə həyata keçirilməsi zəruridir
Sputnik

Rusiya sahibkarlarının Azərbaycana işgüzar missiyası başa çatıb. Rusiya Federasiyasının Kirov, Kostroma, Saratov, Ryazan, Vladimir, Moskva, Bryansk bölgələrindən 30-dan çox şirkət səfər zamanı öz potensiallarını təqdim edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, iki ölkə arasındakı iqtisadi münasibətlər müsbət dinamikaya malikdir: “Azərbaycan-Rusiya iqtisadi əlaqələri strateji xarakter daşıyır. Bu iqtisadi əlaqələrin potensialı hazırki vəziyyətindən dəfələrcə yüksəkdir. Bunun üçün hökumətlərin iqtisadi bloklarının fəaliyyəti gücləndirilməlidir. Düşünürəm ki, yaxın 5 il müddətinə ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq mümkündür. Bunun üçün iqtisadi siyasətin koordinasiya edilmiş şəkildə həyata keçirilməsi zəruridir”.

Xatırladaq ki, 2018-ci ildə Rusiya ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20% artaraq 2,55 milyard dollardan çox olub.

Professorun geniş şərhinə audiofayılda qulaq asa bilərsiniz.