BAKI, 1 sentyabr — Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, "Bakcell Arena"da "Neftçi" "Sumqayıt"ı qəbul edib.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Neftçi" bu qola 64-cü dəqiqədə kapitan Emin Mahmudovun dəqiq zərbəsi ilə cavab verib.
83-cü dəqiqədə Murad Xaçayev ikinci sarı vərəqə alaraq, qonaqları azlıqda qoyub. Meydan sahibləri say üstünlüyündən uzatma dəqiqələrində Stiven Jozef-Monrozun dəqiq zərbəsi ilə yararlana bilib. Bu qoldan sonra meydanda iki komandanın üzvləri arasında toqquşma baş verib. Nəticədə "Neftçi"nin məşqçisi Etibar Tanrıverdiyev "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovu vurub. Eyni zamanda müdafiəçilər Anton Krivotsyukla Vurğun Hüseynov mübahisə edib. Referi hər iki oyunçunu meydandan qovub.
Bununla da ilk qələbəsini qazanan "Neftçi" xallarını 4-ə çatdırıb və 5-ci pilləyə yüksəlib. 3 xalı olan "Sumqayıt" isə 6-cı pilləyə enib.