HADİSƏ

Mingəçevirdə körpə üçüncü mərtəbədən yıxıldı

Ağır xəsarət alan azyaşlı dərhal xəstəxanaya yerləşdirilib
Sputnik

BAKI, 1 sentyabr — Sputnik. Mingəçevirdə 2 yaşlı uşaq 3-cü mərtəbədən yıxılıb.

Anası gözəllik salonuna gedən körpə təkərlər altda can verdi

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə Energetik yaşayış massivindəki Naxçıvan küçəsində baş verib.

Nəzarətsiz qalmış 2017-ci il təvəllüdlü şəhər sakini Rəcəbov Uğur İlkin oğlu yaşadığı 5 mərtəbəli binanın 3-cü mərtəbəsindən yerə düşüb.

Ağır xəsarət alan azyaşlı dərhal xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.