SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Azərbaycan xalqı Ermənistanın yürütdüyü anneksiya, anşlüz kimi siyasətdən əziyyət çəkir"

​Bu gün II Dünya Müharibəsinin başlanmasından 80 il ötür
Sputnik

BAKI, 1 sentyabr — Sputnik. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev II Dünya müharibəsi ilə Dağlıq Qarabağ münaqişəsi arasında analogiya aparıb. 

Sputnik Azərbaycan bildirir ki,  bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.

"XXI əsrdə Azərbaycan xalqı qonşu Ermənistanın yürütdüyü, bu yaxınlarda baş nazir səviyyəsində bir daha təsdiq etdiyi, II Dünya müharibəsinə xas olan işğal, anneksiya, anşlüz kimi siyasət və təfəkkürdən əziyyət çəkir", - deyə o qeyd edib.

​Bu gün II Dünya Müharibəsinin başlanmasından 80 il ötür