BAKI, 1 sentyabr — Sputnik. Bu gün Hacıqabulda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər ağır yaralanıb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə saat 17 radələrində Bakı-Qazax magistralının Hacıqabul-Şirvan magistralı ilə kəsişməsinin yaxınlığında baş verib.
"Mercedes" markalı 99 KN 769 dövlət nömrə nişanlı avtomobil Qazax istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq aşıb və kiçik diametrli qaz kəmərinin üzərinə düşüb. Qəza nəticəsində 2-si qadın olmaqla, 4 nəfər xəsarət alaraq Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.
Hər iki qadın xəstəxananın reanimasiya şöbəsinə köçürülüb. Həkimlərin səyinə baxmayaraq, qadınlardan biri həyatını itirib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində tərəfindən araşdırma aparılır.