İDMAN

UEFA təqvimi açıqladı: "Qarabağ" ilk oyunda "Sevilya"nı qəbul edəcək

UEFA-nın rəsmi saytında qeyd edilir ki, təmsilçimiz qrup çərçivəsində ilk oyuna sentyabrın 19-u çıxacaq
Sputnik

BAKI, 31 avqust — Sputnik. Avropa Liqasında "Qarabağ"ın yer aldığı A qrupunun oyunlarının tam təqvimi müəyyənləşib.

Sputnik Azərbaycan UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təmsilçimiz qrup çərçivəsində ilk oyuna sentyabrın 19-u çıxacaq.

Avropa Liqası

A qrupu

19 sentyabr

APOEL - "Düdelanj"

"Qarabağ" - "Sevilya"

3 oktyabr

"Sevilya" - APOEL

"Düdelanj" - "Qarabağ"

24 oktyabr

"Sevilya" - "Düdelanj"

"Qarabağ" - APOEL

7 noyabr

APOEL - "Qarabağ"

"Düdelanj" - "Sevilya"

28 noyabr

"Sevilya" - "Qarabağ"

"Düdelanj" - APOEL

12 dekabr

APOEL - "Sevilya"

"Qarabağ" – "Düdelanj"

Qeyd edək, "Qarabağ" futbol klubu Avropa kuboklarında 6-cı dəfədir ki, Azərbaycanı təmsil edir.