HADİSƏ

Nazirlik Salyandakı ağır qəza ilə bağlı məlumat yaydı

Bir qadın bazu sümüyünün sınığı ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib
Sputnik

BAKI, 31 avqust — Sputnik. Səhiyyə Nazirliyi Salyan rayonunda baş verən yol qəzasında yaralanan şəxs barədə məlumat yayıb.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, avtoqəza nəticəsində 2 nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Bir qadın bazu sümüyünün sınığı ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdrıma aparılır.