İDMAN

UFC çempionu öküzü yerə sərdi – VİDEO

Video idmançının şəxsi "Instagram" səhifəsində yayımlanıb. Rokhold kəlin boynundan yapışır və onu yerə çırpmağı bacarır
Sputnik

BAKI, 31 avqust — Sputnik. Mütləq döyüş çempionatının (UFC) keçmiş çempionu, amerikalı Lyuk Rokhold rodeo meydanında öküzlə mübarizə aparıb.

Sputnik Azərbaycan xəbər verir ki, video idmançının şəxsi "Instagram" səhifəsində yayımlanıb. Rokhold kəlin boynundan yapışır və onu yerə çırpmağı bacarır.

Qeyd edək ki, amerikalı idmançı orta çəki dərəcəsində çempion olub. O, MMA qaydaları ilə 21 görüş keçirib. Onlardan 16-da qələbə çalıb, 5-də isə məğlubiyyətə uğrayıb. Rokxold sonuncu görüşünü Yan Blaxoviçlə keçirib. Qarşılaşmada polşalı idmançı nokautla qələbəni rəsmiləşdirib.