HADİSƏ

DİN Biləsuvardakı qəza ilə bağlı iddiaları təkzib etdi

Polis polkovniki İlham Babayev açıqlamasında qəzanın zəncirvari şəkildə baş verməsi ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib
Sputnik

BAKI, 31 avqust — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Ələt-Astara avtomobil yolunun 80-ci kilometrliyində üç avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Avtobus qəzasında yaralanan qadını helikopterlə Bakıya gətirdilər

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis polkovniki İlham Babayev açıqlamasında qəzanın zəncirvari şəkildə baş verməsi ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

“Avqustun 30-da saat 20:00 radələrində Ələt-Astara yolunun 80-ci kilometrliyində, Biləsuvar rayonunun ərazisində Bakı şəhər sakini Səadət Fərəczadənin idarə etdiyi “Hyundai” markalı minik avtomobili yolun kənarındakı maneəyə dəyərək aşıb. Nəticədə sərnişinlərdən ikisi – S.Fərəczadənin oğlu Səfər və qardaşı oğlu Riyad Hüseynov hadisə yerində ölüblər. Sürücü ilə birlikdə daha 4 sərnişin - sürücünün qızları – Nigar və Fidan, həmyerliləri Günel Hüseynova və onun azyaşlı oğlu Rafiq Hüseynzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. G.Hüseynovanın vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb”.