CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hüquqşünas ölüm cəzası barədə: bərpa edilməlidir

Hüquqşünas Əkrəm Həsənov deyir ki, cəzaların sərtləşdirilməsi müəyyən qədər cinayət hallarının qarşısını alır
Sputnik

Parlament ölüm cəzasının bərpa olunması haqqında qərar qəbul edərsə, onu təsdiqləyəcəm. Türkiyə KİV-lərinin yaydığı məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə törədilmiş Əminə Bulud cinayəti haqqında danışarkən deyib.

Hüquqşünas Əkrəm Həsənov Sputnik Azərbaycan-a deyir ki, cəzaların sərtləşdirilməsi müəyyən qədər cinayət hallarının qarşısını alır:

“Xüsusən də əvvəlcədən cinayət planlaşdıranlar onları nələr gözlədiyini bilirlər. Pedofiliya da belə cinayətlərdəndir. Bu qərar bir uşağın həyatını xilas edəcəksə, bərpa edilməlidir”.

Hüquqşünasın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz