Ukraynanın Ali Radası yeni spikerini seçib

Razumkov bu vəzifədə 2016-cı il aprelin 14-də spiker seçilmiş Andrey Parubiyanı əvəz edəcək
Sputnik

BAKI, 29 avqust — Sputnik. Ukraynanın "Xalqın Xidmətçisi" partiyasının rəhbəri Dmitri Razumkov Ali Radanın yeni spikeri vəzifəsinə seçilib.

Sputnik Azərbaycan "RBK-Ukrayna" agentliyinə istinadən xəbər verir ki, onun bu vəzifəyə seçilməsinin lehinə 382 deputat səs verib.

Ukraynanın Ali Radası yeni spikerini seçib

Razumkov bu vəzifədə 2016-cı il aprelin 14-də spiker seçilmiş Andrey Parubiyanı əvəz edəcək.

"Xalqın Xidmətçisi" partiyası iyulun 21-i Ali Radaya keçirilmiş seçkilərdə yerlərin çoxunu (254) ala bilib.

Bu partiyaya müstəqil olaraq qanunlar qəbul etməyə imkan verir, lakin partiya konstitusiyaya dəyişikliklər edə bilməz.