Rusiyada böyük terror aktlarının qarşısı alınıb

Bombaları daşımaq çox təhlükəli olduğundan onları elə yerindəcə məhv ediblər
Sputnik

BAKI, 29 avqust — Sputnik. Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Kabarda-Balkar Respublikasında terror aktlarının qarşısını alıb.

Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, Urvan rayonunun Çyornaya Reçka və Altud kəndlərinin yaxınlığında yerləşən meşədə aparılmış operativ tədbirlər nəticəsində içərisində iki əldəqayırma partlayıcı qurğu olan gizli saxlanc yeri aşkar edilib. Partlayıcı qurğuların gücünün böyük olduğu bildirilir.

Rusiyada terror törətmək istəyən yaraqlı zərərsizləşdirildi

Bombaları daşımaq çox təhlükəli olduğundan onları elə yerindəcə məhv ediblər.

Bundan sonra partlayıcı qurğuları hazırlamış şəxsi də tutmaq mümkün olub. Onun əvvəllər terrorizmə görə məhkum olunmuş yerli sakin olduğu bildirilir.

Saxlanılmış şəxs hüquq mühafizə orqanlarının və dövlət strukturlarının obyektlərinə qarşı diversiya-terror aktlarını hazırladığını etiraf edib.

FTX onun hər hansı bir təşkilatla əlaqəsinə və ya təkbaşına fəaliyyət göstərməsinə dair məlumat verməyib.