“Türkiyə Rusiya ilə hərbi texnika istehsalında maraqlıdır”. Bunu Rusiyaya səfərdə olarkən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Türkiyə tərəfi Rusiyadan davamlı olaraq yeni silahların alınmasında maraqlıdır: “Bu səfər də göstərir ki, əməkdaşlıq mövcud sazişlərlə kifayətlənməyəcək. Türkiyə-Rusiya əməkdaşlığı yeni mərhələyə qədəm qoymaqdadır. Əməkdaşlığın gücləndirilməsi hərbi-siyasi və digər sahələrdə dialoqun genişləndirilməsinə səbəb olacaq”.
Qeyd edək ki, avqustun 27-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya birgünlük işgüzar səfər edib.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz