RUSİYA

Kiyev məhkəməsi Vışinskini azadlığa buraxıb

Vışinski 400 gündən çox həbsdə olub. Ona qarşı irəli sürülən ittihamlarla bağlı məhkəmə hələ keçirilməyib
Sputnik

BAKI, 28 avqust — Sputnik. Kiyevin Apellyasiya məhkəməsi “RİA Novosti Ukrayna” saytının rəhbəri Kiril Vışinskinin həbsdən azad edilməsinə dair qərar qəbul edib.

Vışinskinin azadlığı üçün ATƏT-in nümayəndəsi xahiş etdi

Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki,  ona qarşı qətimkan tədbiri dəyişilib. Belə ki, Vışinskiyə qarşı şəxsi zaminlik qətimkan tədbiri seçilib və jurnalist birinci tələb əsasında məhkəməyə və ya müstəntiqin qəbuluna gəlməlidir.

Vışinski 400 gündən çox həbsdə olub. Ona qarşı irəli sürülən ittihamlarla bağlı məhkəmə hələ keçirilməyib.

Kiril Vışinski 2015-ci il mayın 15-də saxlanılıb. O, Donbasın tanınmamış respublikalarını dəstəkləməkdə və dövlətə xəyanətdə günahlandırılır. Bu ittihamlarla bağlı olaraq jurnalist 15 il müddətində həbs edilə bilər.                             

Jurnalist özü ittihamları rədd edib.