HADİSƏ

Qaxda böyük yanğın oldu – Böyük bir ərazidə işıqlar söndü

Baş verən yanğınla əlaqədar olaraq ötən gün axşam saatlarından ətraf kəndlərdə elektrik enerjisinin verilişi bu gün səhər saatlarınadək məhdudlaşdırılıb.
Sputnik

BAKI, 27 avqust — Sputnik. Qaxda iki qonşuya məxsus mal tövlələri yanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Zəyəm kəndində baş verib.

Oğuzda yanğın vəhşi heyvanları kəndlərə qovur - VİDEO, FOTO

Kənd sakini Ərəstun Balayevin 164, qonşusu Bahadır Mirzəyevin isə ümumi sahəsi 64 kvadratmetr olan mal tövlələri yanıb.

Hadisə yerinə Qaxdan 3, Zaqataladan isə 1 yanğınsöndürən texnika və şəxsi heyət cəlb olunub.

Yanğın nəticəsində bir-birinə bitişik olan tövlələrdə iki min ədəd ot bağlaması, taxıl yanıb.

Yanğın söndürülüb, ətrafda olan 7 yaşayış evi yanğından mühafizə olunub.

Baş verən yanğınla əlaqədar olaraq ətraf kəndlərdə elektrik enerjisinin verilişi ötən gün axşam saatlarından bu gün səhər saatlarınadək məhdudlaşdırılıb.